smartstaff


Smartskills


  Atəşgah Sığorta


Etibarlılığın, sabitliyinin və biznesdə şəffaflığın bir nümunəsi olaraq “Atəşgah” Sığorta şirkəti 19 ildir ki, müştərilərinə yüksək keyfiyyətli xidmət göstərməklə müştərilərin və tərəfdaşların etibarını və hörmətini qazanmışdır. Ən yeni peşəkar biliklərə yiyələnməklə əhalini və biznesi etibarlı maliyyə müdafiəsi ilə təmin etmək. İnnovasiyalar sayəsində maliyyə sektorunda lider olaraq qalmaq, Azərbaycanın mədəni irsinin qorunub saxlanılması, ölkəmizin firavan və ekoloji təmiz gələcəyi naminə çalışmaq.

Birbaşa satış şöbəsinin mütəxəssisi:

Date added: 05.01.2018

Position: Birbaşa satış şöbəsinin mütəxəssisi

Category: Insurance

Work experience: 1-2

Description:

 

      Namizədə tələblər

  • Yaş: 23-35
  • Cinsi: kişi və ya qadın
  • Təhsil: Ali
  • İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir
  • Dil bilikləri: Azərbaycan (əla)
  • Əlavə olaraq Rus və ya İngilis dilini bilənlərə üstünlük verilir
  • Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

        Şəxsi keyfiyyətlər 

  • Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
  • Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

        Əsas vəzifə öhdəlikləri

  • Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
  • Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
  • Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
  • Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
  • Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;
  • İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.

       İş şərtləri

  • Əmək müqaviləsi bağlanılır
  • İş vaxtı 09:00 - 18:00
  • İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
  • Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
  • Sabit əmək haqqı 400 AZN
  • Sınaq müddətindən sonra 500 AZN + rüblük motivasiya

Maraqlananlar öz CV formalarını recruiting@ateshgah.com ünvanına  göndərə bilər. 




www.srg.az


SRG