smartstaff


Smartskills


  Bank “BTB” ASC


2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC (lisenziya №254) hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir. Bura istehlak və biznes kreditləri, əmanətlər, hesablaşma-kassa əməliyyatları, plastik kartlarla əməliyyatlar, kommunal və rabitə xidmətlərinin ödənişi, yerli və beynəlxalq pul köçürmələri və s. daxildir. Dəqiq müəyyən edilmiş məqsədə xidmət edən strategiyanın icrası, imkanlarımız və topladığımız təcrübənin səmərəli istifadəsi bizə bazarda kəskin rəqabət şəraitində potensialımızı tam gerçəkləşdirməyə imkan verir.

Expired

Marketinq departamentinin Direktoru:

Date added: 05.12.2017

Position: Marketinq departamentinin Direktoru

Category: Marketing & PR

Work experience: 3-5 il

Description:

İş barədə məlumat:

– Bankın  marketinq siyasətini və marketinq planını hazırlayır;

– Rəqabət bazarını, bankın mövcud məhsul və xidmətlərini, müştəri ehtiyaclarını daima təhlil edir və yeni məhsulların yaradılması barədə təkliflər hazırlayır;

– Bankdaxili qaydalara uyğun müvafiq təsdiqdən sonra yeni məhsullarınn yaradılmasını təşkil edir;

– Bankın məhsullarının təşviqatını təşkil edir;

– Bankın reklam və təşviqat üzrə siyasətini hazırlayır, reklam və təşviqat üzrə layihələrini idarə edir;

– Ona birbaşa hesabatlı olan işçilərin  hədəflərini müəyyən edir, onların fəaliyyətlərini qiymətləndirir;

– Departamentin işini planlaşdırır və təşkil edir, bankdaxili siyasət və qaydalarda, habelə idarəetmə orqanları tərəfindən  departamentə həvalə edilmiş işlərin yerinə yetirilməsini təşkil edir;

– Bankdaxili qaydalara müvafiq olaraq, departamentin fəaliyyəti barədə hesabatlar hazırlayır;

– İdarə Heyətinin ona həvalə etdiyi digər vəzifələri  həyata keçirir

Namizədə tələblər:

– İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil;

– Müvafiq sahədə ən azı 3-5 illik iş  təcrübəsi;

– Azərbaycan və Rus dillərini mükəmməl bilmək, ingilis dilini yüksək səviyyədə bilənlərə üstünlük verilir;

– MS Office (Word, Excel) yüksək səviyyədə bilmək;

– Yüksək analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarıqları

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27 Dekabr, 2017-ci il tarixinədək cv@btb.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Marketinq departamentinin Direktoru) göstərməyiniz xahiş olunur. 

 

Name:

Surname:

Email:

Attach CV:




www.srg.az


SRG