smartstaff


Smartskills


  Optimal Electronics


Optimal Electronics şirkəti 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, TOSHIBA, Simfer, Carrier, SINGER, EKSEN brendlərinin rəsmi distribyutorudur. Bizim məqsədimiz öz sahəmiz üzrə Azərbaycan bazarında lider olmaq və xalqımıza keyfiyyətli və sərfəli xidmət göstərmək. Eyni zamanda pərakəndə ticarətin idarə edilməsində mütərəqqi ideyaların həyata keçirilməsinə, xidmət göstərmə keyfiyyətinin müasir sosial tendensiyalara uyğun olmasına, yeni alıcıların cəlb edilməsində fərqli yanaşma və daimi müştərilərin loyallığının artırılmasına əsaslanır. Avadanlığın zəmanətli və post-zəmanətli təmirini təmin edən yüksək səviyyəli məlumat və servis dəstəyini təqdim etməklə, biz aparıcı dünya istehsalçılarının keyfiyyətli və geniş çeşidli məhsullarını sizə təqdim edirik. Biz mağazalarımızın müştərilərinə audio-video və rəqəmsal teknikanın, iri və xırda məişət texnikasının 2 mindən cox növünü təqdim edirik. Bizim mağazaların əməkdaşları sizə texnikanın seçimində böyük məmnuniyyətlə kömək edəcək, texniki məsələlərlə bağlı nəzakətlə məsləhət verəcək və operativ şəkildə əldə etdiyiniz malı rəsmiləşdirəcəklər. Firmada geniş dünya standartlarına cavab verən yüksəkixtisaslı Servis Mərkəzi fəaliyyət göstərir. Yüksək ixtisaslı mühəndislərin çalışdığı və texniki tərkibində kadr potensialına və öz fəaliyyətindəki böyük təcrübəyə əsaslanaraq Optimal Elektronika şirkəti Azərbaycanda bir çox yerli və xarici təşkilatlarla və müəssisələrlə əməkdaşlıq etməkdədir.

Expired

Kredit mütəxəssisi:

Date added: 12.07.2017

Position: Kredit mütəxəssisi

Category: Accounting, Finance & Banking

Work experience: 1-2 years

Description:

 

Vakansiya aktiv olan regionlar: Bakı, Sumqayıt, Lənkəran, Ağdaş, Kürdəmir, Mingəçevir, Şəki, Ağcabədi, Qəbələ, Salyan, Sabirabad, Naxçıvan.

Tələblər:

-Təhsil : Ali 
- İş stajı : müvafiq sahədə ən azı 1-2 il
- Dil biliyi : Azərbaycan dilində səlist danışmaq/yazmaq
- Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı 
- Yüksək analitika qabiliyyəti
- Yüksək ünsiyyət və təqdim etmə bacarıqları

Əsas vəzifələr:

-Müraciət etmiş müştərilərə kredit şərtləri barəsində məlumat vermək;
- Kredit müraciətlərinin qəbulu və analizi;
- Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək;
- Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək;
- Lazım gəldikdə potensial müştərilərin cəlb edilməsi, reklam materiallarının paylanılması.

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə 6 iş günü, 1 gün istirahət
• Karyera yüksəlişi imkanı
• Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq imkanı

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Kredit mütəxəssisi” qeyd edərək öz CV-lərinizi recruitment@optimal.az  elektron ünvanına göndərməyiniz xahiş olunur.

Son müraciət tarixi: 21.07.2017

 

 




www.srg.az


SRG