smartstaff


Smartskills


  Optimal Electronics


Optimal Electronics şirkəti 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, TOSHIBA, Simfer, Carrier, SINGER, EKSEN brendlərinin rəsmi distribyutorudur. Bizim məqsədimiz öz sahəmiz üzrə Azərbaycan bazarında lider olmaq və xalqımıza keyfiyyətli və sərfəli xidmət göstərmək. Eyni zamanda pərakəndə ticarətin idarə edilməsində mütərəqqi ideyaların həyata keçirilməsinə, xidmət göstərmə keyfiyyətinin müasir sosial tendensiyalara uyğun olmasına, yeni alıcıların cəlb edilməsində fərqli yanaşma və daimi müştərilərin loyallığının artırılmasına əsaslanır. Avadanlığın zəmanətli və post-zəmanətli təmirini təmin edən yüksək səviyyəli məlumat və servis dəstəyini təqdim etməklə, biz aparıcı dünya istehsalçılarının keyfiyyətli və geniş çeşidli məhsullarını sizə təqdim edirik. Biz mağazalarımızın müştərilərinə audio-video və rəqəmsal teknikanın, iri və xırda məişət texnikasının 2 mindən cox növünü təqdim edirik. Bizim mağazaların əməkdaşları sizə texnikanın seçimində böyük məmnuniyyətlə kömək edəcək, texniki məsələlərlə bağlı nəzakətlə məsləhət verəcək və operativ şəkildə əldə etdiyiniz malı rəsmiləşdirəcəklər. Firmada geniş dünya standartlarına cavab verən yüksəkixtisaslı Servis Mərkəzi fəaliyyət göstərir. Yüksək ixtisaslı mühəndislərin çalışdığı və texniki tərkibində kadr potensialına və öz fəaliyyətindəki böyük təcrübəyə əsaslanaraq Optimal Elektronika şirkəti Azərbaycanda bir çox yerli və xarici təşkilatlarla və müəssisələrlə əməkdaşlıq etməkdədir.

Expired

Gəlirlərin idarə olunması üzrə baş mütəxəssis:

Date added: 22.06.2017

Position: Gəlirlərin idarə olunması üzrə baş mütəxəssis

Category: Accounting, Finance & Banking

Work experience: 3 + years

Description:

 

Vəzifə: Gəlirlərin idarə olunması üzrə  baş mütəxəssis

Departament / şöbə: Maliyyə Departamenti / Gəlirlərin idarə olunması

Əsas vəzifə və öhdəliklər

•      Məhsul portfeli üzrə, gəlirlərin, maya dəyərinin, net marjanın planlaşdırılması;

•      Aylıq və illik satış hesabatlarının hazırlanması, büdcə ilə müqayisə zamanı fərqlərin izah olunması;

•      Yeni məhsullar üzrə marja modellərinin qurulması, satış qiymətinin təyini zamanı marja təhlillərinin aparılması;

•      Mallara yeni qiymətlərin təyin ediıməsi, promo kampaniyaların keçirilməsi üçün endirimlərini təyini zamanı marja təhlillərinin aparılması;

•      Sistemdəki satış qiymətlərinə, maya dəyəri və endirimlərə nəzarət;

•      Audit və məsləhət xidmətləri üçün tələb olunan məlumatların yığılması və emalı.

Namizədə dair tələblər

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və ya menecment sahəsi);
  • Azərbaycan və ingilis dilində sərbəst oxuyub və yazmağı bacarmalı;
  • Maliyyə təhlilinin aparılması qabiliyyəti olmalı;
  • Komandada işləmək bacarığı olmalı;
  • Maliyyə sahəsində minimum 3 il iş təcrübəsi olmalı;
  • Microsoft Office proqramlarında işləmə bacarığı, xüsusilə Excel proqramında əla bacarığı olmalı.

İş şərtləri

  • Həftədə 6 iş günü, 1 gün istirahət;
  • Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
  • Korporativ nömrə və danışıq vaxtı və nahar şirkət tərəfindən təmin edilir.

Müraciət üçün son tarix: 13.07.2017

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Gəlirlərin idarə olunması üzrə baş mütəxəssis” qeyd edərək recruitment@optimal.az ünvanına göndərməyiniz xahiş olunur.

 




www.srg.az


SRG